Azərbaycan və İraq Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu təsdiq edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan XİN onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

XİN Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Hökumətinə bildiriş göndərəcək.

Xatırladaq ki, sözügedən Memorandum bu ilin noyabrın 20-də Bakıda imzalanıb.