"Nyukasl" futbolçusu Fabian Şerlə müqaviləni uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı müdafiəçinin sözləşməsi 2025-ci ilin yayına qədər uzadılıb.

Şer 2018-ci ildən "Nyukasl"da çıxış edir. İsveçrəli futbolçu bu mövsüm 28 oyuna çıxıb.