Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, toplantıda Premyer Liqanın VII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sumqayıt” – “Turan Tovuz” görüşünün 90+3-cü dəqiqəsində dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Mübariz Orucov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Sumqayıt” klubu 1500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 42.3, 32);

“Sabah” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

“Sabah” – “Kəpəz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin olunmuş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 1000 manat cərimə edilir (maddə 72.4);

“Səbail” – “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 51.2);