Polşada qeyri-adi hadisə baş verib. Hərbi texnika ilə piknik keçirilib. Hərbi piknikdə yerli sakinlər müxtəlif silah növlərini sınaqdan keçirib, hərbi maşınlara baxış keçiriblər.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, hərbi piknik ölkənin cənubundakı Zawiercie şəhərində baş tutub.

Kiçik yaşayış məntəqələrinə hərbi texnika daşınılan piknikdə mülki şəxslər tanka miniblər, silahları öyrənib və təlim alıblar.

Polşada hərbi piknik ictimaiyyəti silah sistemləri ilə tanış etmək məqsədi təşkil olunub.

Tədbirin işə qəbul prosesinə də töhfə verəcəyi gözlənilir.

Rusiya-Ukrayna müharibəsi ilə müdafiə sənayesinə investisiyalarını artıran Polşa hərbi gücünü və ordu potensialını artırmağı hədəfləyir.