Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı avqustun 1-dən etibarən “Wschodnia zorza” (“Şərq şəfəqi”) təlim əməliyyatının keçirildiyini elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi yanında Hərbi Nəşriyyat İnstitutu (Wojskowy Instytut Wydawniczy, WIW) məlumat yayıb.

Bildirilib ki, əməliyyata müxtəlif bölmələrdən, o cümlədən Hava Komponentləri Komandanlığından əsgərlər cəlb olunacaq. Onların vəzifəsi hava məkanına nəzarət etmək, yaranan təhlükələri müəyyən etmək və lazım gəldikdə onları zərərsizləşdirmək olacaq.

Qeyd olunur ki, “Şərq şəfəqi” əməliyyatı Silahlı Qüvvələrin Əməliyyat Komandanlığına tabe olan hərbi qulluqçuların hərəkətlərinin əlaqələndirilməsini asanlaşdıracaq, həmçinin onların effektivliyini artıracaq.