"NATO ölkələri Ukraynanı yaxın gələcəkdə alyansa qəbul etməyə meylli deyillər, çünki onlar Ukrayna üçün hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyillər". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Vaşinqtonda Amerika Sahibkarlıq İnstitutunda çıxışı zamanı Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

"NATO ölkələrinin indi bunu etməyə (Ukraynanın alyansa qəbulu məsələsi nəzərdə tutulur - red.) istəyi yoxdur", - polşalı diplomat bildirib.