“Rusiya ilə müharibədə 10-13 min arası əsgərimiz həyatını itirib.”

Bu barədə televiziya kanallarından birinə Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak məlumat verib.

Həmçinin, Avropa Komissiyasının sədri Ursula fon der Leyen də sosial media hesabında videomüraciət yayaraq deyib ki, 20 mindən də çox mülki şəxs öldürülüb.

Ukrayna isə insan itkisi ilə bağlı hələlik rəsmi rəqəm açıqlamayıb.