Aprelin sonunda Yer kürəsinə potensial təhlükə törədən asteroid yaxınlaşacaq.

Redaktor.az bildirir ki, onun Yer ilə toqquşması istisna olunmur.

Astronomların sözlərinə görə, 52768 (1998 OR2) nömrəli asteroid planetimizə aprelin 29-da daha çox yaxınlaşacaq. Həmin gün, o, Yer kürəsindən 6,29 milyon kilometr məsafədə olacaq. Bu, Yer kürəsindən Aya qədər olan məsafədən 16 dəfə daha çoxdur.

NASA-nın Yerətrafı Obyektlərinin Öyrənilməsi Mərkəzindən bildirilib ki, 1998-ci ildə aşkar edilmiş kosmik obyektin diametri 1,8-4,1 kilometr təşkil edir.

Asteroidin təhlükəli hesab olunmasının səbəbi onun uçuş trayektoriyasının Yer orbitinə keçməsi ilə əlaqədardır. Kosmik cisim Günəş ətrafında 3,68 il ərzində tam dövr edir.