Fond birjalarındakı eniş dünyadakı  milyonçu sayını azaldıb.

İsrail mediası xəbər verir ki, “Deutsche Welle” nəşrinin yazdığına görə, 2018-ci ildə planetdə bir milyon dollardan artıq vəsaiti olan 18 milyon insan olub.  Bu, 2017-ci ildəkindən 0,3% azdır. Bunlar 9 iyul çərşənbə günü müvafiq hesabat təqdim edən "Capgemini" konsaltinq firmasının məlumatlarıdır. 2008-ci ildəki böhrandan sonra 10 il ərzində ilk dəfə milyonçu sayının azalması müşahidə edilməkdədir. 

Milyonçuların ümumi varidatı da əvvəlki illərə nisbətən, demək olar ki, 3 faiz artaraq 68,1 trilyon dollara düşüb. Bu azalmanın dörddə biri Çinin üzərinə düşür 

ABŞ milyonçuların sayında ilk sıradadır, onu Yaponiya, Almaniya və Çin  təqib edir. Dünyadakı milyonçuların 60% -dən çoxu bu dörd ölkənin vətəndaşlarıdır. Milyonçuların 10% -i Fransa, Böyük Britaniya, İsveçrə və Kanadada yaşayır.(moderator.az)