Qlobal ayaqqabı bazarı çox milyard dollarlıq sənayedir. 2023-cü ildə qlobal ayaqqabı bazarının gəlirinin təxminən 400 milyard ABŞ dolları olduğu təxmin edilir.

İqtisadiyyat.az bununla bağlı dünya statistikasının materialları əsasında araşdırma aparıb.

Araşdırmalara görə, ayaqqabı bazarındakı gəlirə görə lider ölkə ABŞ olub. Belə ki, ölkə ayaqqabı sənayesindən 88,47 milyard dollar gəlir əldə edib. Siyahıda ikinci yerdə isə 82,82 milyard dollar ilə Çin qərarlaşıb.

Ümumillikdə ayaqqabı bazarında qlobal gəlirin 2024-2028-ci illər arasında 59,7 milyard dollar və ya 14,46% artacağı proqnozlaşdırılır.  

Dünyada ayaqqabı bazarından ən çox gəlir əldə edən ölkələr bunlardır:

Ölkə

Gəliri

ABŞ

88,4 milyard dollar

Çin

82,8 milyard dollar

Hindistan

24,8 milyard dollar

Böyük Britaniya

16,1milyard dollar

Brazilya

14,1 milyard dollar

Yaponiya

11 milyard dollar

Almaniya

10,6 milyard dollar

İtaliya

9,8 milyard dollar

Fransa

7 milyard dollar

Rusiya

6,7 milyard dollar

Türkiyə

6 milyard dollar

 

Gözəl Həşimova