Kremlin sözçüsü Dmitriy Peskov paytaxt Moskvaya pilotsuz uçuş aparatının (PUA) hücumları ilə bağlı tədbirlər görüldüyünü bildirib.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Peskov Moskvaya edilən dron hücumları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Peskov, hava hücumundan müdafiə sistemlərinin inkişafı və daha intensiv işləməsi mövzusunda danışıb.

Moskvaya hücumdan sonra Ukraynaya qarşı bir cavab olub-olmayacağı ilə bağlı suala Peskov belə cavab verib: 

“Hərbi əməliyyatlar davam edir, davam edəcək. Həyəcan təbili çalınır və bölgələrdə təhlükəsizliyin təmin edilməsi üçün lazımi tədbirlər görülür. Burada ən önəmli məsələ təbii ki, Krım körpüsünün təhlükəsizliyinin təmin edilməsidir”.