“Rusiyanın Avropada Amerikanın uzaqmənzilli raketlərinin yerləşdirilməsinə cavab vermək üçün kifayət qədər imkanları var, lakin bu halda potensial qurbanlar Avropa paytaxtları olacaq”.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Həmişə paradoksal vəziyyət olub: ABŞ müxtəlif mənzilli raketlər yerləşdirib, lakin ənənəvi olaraq ölkəmizi hədəfə alıb, müvafiq olaraq Avropa nöqtələrini raketlərimiz üçün hədəf kimi müəyyənləşdirib”, - deyə Peskov bildirib.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts Yaponiyanın Baş naziri Fumio Kişida ilə birgə mətbuat konfransında bildirib ki, Almaniya ərazisində yeni Amerika raketlərinin yerləşdirilməsi planları Rusiya ilə gərginliyə səbəb olmayacaq.