"Rusiya prezidenti Vladimir Putinin Rusiyada heç bir rəqibi yoxdur və ola da bilməz".

İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Biz dəfələrlə demişik ki, Putin, əlbəttə ki, ölkəmizdə bir nömrəli siyasətçi və dövlət xadimidir. Bunu demək hüququm az olsa da, qaydaları pozaraq deyə bilərəm ki, onun bu sahədə rəqibləri var. Ancaq hazırda Rusiya Federasiyasında yoxdur və ola da bilməz”, - Kreml sözçüsü bildirib.

 

Gözəl Həşimova