ABŞ Müdafiə Nazirliyi Pentaqon, ukraynaya 250 milyon dollarlıq yardım etməyi planladığını bildirib.

İqtisadiyyat.Az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, Pentaqon bu barədə açıqlamanı rəsmi internet səhifəsində paylaşıb. Paylaşımda, “Müdafiə Nazirliyi, Ukrayna ilə təhlükəsizlik əməkdaşlığı çərçivəsində təlimlər, texnika, Ukrayna Silahlı Qüvvələrinin hərbi bazasının artırılması məqsədi ilə 250 milyon dollar ayırmağı planlayır” ifadələrinə yer verilib. Açıqlamada yeni ediləcək yardımla yanaşı, hərbi əməkdaşlıq çərçivəsində 2014-cü ildən bu yana Ukraynaya 1.5 mlrd dollar dəstək olunduğu da qeyd olunub.