"İran Yaxın Şərq regionunda münaqişənin mümkün eskalasiyasının qarşısını almaq üçün addımlar atmalıdır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qalantla birgə mətbuat konfransında deyib.

"Əlbəttə, Birləşmiş Ştatlar müharibə istəmir. Biz İranı eskalasiyanın qarşısını almaq üçün addımlar atmağa çağırırıq", - Ostin bildirib. 

Onun sözlərinə görə, İran hazırda radikal qrupları dəstəkləməkdə davam edərək regionda gərginliyi artırır. Pentaqon rəhbəri qeyd edib: "İran dəstəkli şəxslərin qəddar hücumları region sakinlərinin təhlükəsizliyini təhdid edir və münaqişənin miqyasının genişlənməsi ilə nəticələnə bilər".