Türkiyə ordusunun İraqın şimalındakı “Pençe-Kilit” əməliyyatı bölgəsində yaralanan hərbçilərindən daha bir hərbçisi şəhid olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da şəhid hərbçilərin sayı doqquza çatıb.

Ümumilikdə 15 terrorçu məhv edilib.

***
23:36

"Pençe Kilit" bölgəsində terrorçuların təcavüz və sızma cəhdi nəticəsində Türkiyə ordusunun 5 əsgəri şəhid olub. 3-ü ağır olmaqla 8 əsgər yaralanıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, təmas zamanı 12 terrorçu zərərsizləşdirilib. 

Bəyanatda aşağıdakı ifadələr yer alıb:

"12 yanvar 2024-cü il tarixdə "Pençe Kilit" əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa cəhd edən terrorçularla qarşıdurmada 5 qəhrəman yoldaşımız şəhid olub, 3-ü ağır 8 qəhrəman yoldaşımız yaralanıb. Yaralılarımız xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb.

Bizi dərin ağrı və hüznlə dolduran bu hadisədə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyir, yaralılarımıza şəfalar diləyirik".

Bundan əlavə, ilkin məlumatlara görə, 12 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir.