Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda diplomatik fəaliyyətini başa vuran Fransanın fövqəladə və səlahiyyətli səfiri Ann Luyonu qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş Nazirinin Ofisi yayıb. 

Məlumata görə, Paşinyan səmərəli əməkdaşlığa səfirə təşəkkür edib. Onun Ermənistan-Fransa münasibətlərinin inkişafına verdiyi töhfəni xüsusi qiymətləndirib.

Ermənistan baş naziri Luyona gələcək fəaliyyətində uğurlar arzulayıb.