Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlanıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. 

O, bu barədə Litva Nazirlər Kabinetinin rəhbəri İnqrida Simonyte ilə birgə brifinqində bildirib.

"Vurğulamaq istərdim ki, mənimlə Azərbaycan prezidenti arasında Brüsseldə keçirilən görüşlər zamanı Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün mahiyyətcə yol xəritəsi hazırlanıb. Bu, Qranadada imzalanan dördtərəfli bəyanatda da öz əksini tapıb", - Paşinyan bildirib.

Ermənistan hökumətinin başçısı qeyd edib ki, tərəflərin bu yol xəritəsinə sadiqliyi sülh prosesini sürətləndirəcək. 

Qeyd edək ki, Qranadada keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak etməyib.