“PAŞA Holdinq” ötən il 500-dən çox işçi götürüb. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, ötən il 2022-ci ildə holdinqə aid şirkətlərdə çalışan işçilərin sayı 19500 nəfərdən artıq olub. 2023-cü ildə isə bu rəqəm 20 min nəfərdən çoxdur. 

MMC 2023-cü il üzrə tam maliyyə hesabatını açıqlamasa da, bəzi göstəriciləri məlum olub. Holdinq 2023-cü ildə 2.4 mlrd. manat ümumi gəlir əldə edib ki, bu da öncəki ili 14 faiz üstələyib. Bu rəqəm 2022-ci ildə 2.1 mlrd. manat olub. 

“PAŞA Holdinq”in cəmi aktivlərinin həcmi 6,2% artaraq 2024-cü ilin 1 yanvarına 20.5 mlrd. manata çatıb, cəmi kapitalının həcmi isə 2.83 mlrd. manat təşkil edib.

Holdinqin Azərbaycanın bank sektorunda aktivləri isə ötən bir ildə 34.7%-dən 35.2%-ə yüksəlib.

Xatırladaq ki, “PAŞA Holdinq”ə bank, sığorta, tikinti, informasiya texnologiyaları, daşınmaz əmlak və turizm sektorları sahəsində fəaliyyət göstərən şirkətlər daxildir.