'Kapital Bank' ASC-nin əlavə emissiya etdiyi 19 milyon 999 min 999,95 manatlıq səhmi “PAŞA Holdinq” MMC tərəfindən əldə edilib.

İQTİSADİYYAT.AZ bildirir ki, FED.az Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir ki, insayder əqdi 21 dekabr 2018-ci il tarixində bağlanıb.

Əqdin bağlanmasından sonra “PAŞA Holdinq” MMC-nin 'Kapital Bank'ın nizamnamə kapitalında payı 99,8755%-ə çatıb. Holdinq 18 milyon 205 min 724 ədəd 'Kapital Bank” səhminə malikdir.

Xəbər verdiyimiz kimi, 'Kapital Bank' ASC hər birinin nominal dəyəri 12,39 manat olan 1 milyon 614 min 205 ədəd sənədsiz adlı imtiyazlı səhm emissiya etmişdi. Son emissiyadan sonra Bankın nizamnamə kapitalı 9,72% və yaxud təxminən 20 milyon manat artaraq 225,85 milyon manata yüksəlib.