“PAŞA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev kartdan karta köçürmələr (“card to card”) üzrə tətbiq edilən komissiyanın yüksək olduğunu etiraf edib. 

İqtisadiyyat.az xəbər verir ki, bank sədri bunu vətəndaşların sözügedən köçürmələr üzrə komissiyanın yüksək olması ilə bağlı fikirlərinə münasibət bildirdirərkən deyib.

Bankın müştəriləri bildirirlər ki, “card to card” komissiya məbləği düzgün müəyyən edilməyib. Bank 1 manat köçürmə edəndə də, 30 manat köçürəndə də eyni məbləğdə komissiya çıxır. Bu isə müştərilərin xərclərini artırır. 

Cavid Quliyev isə qeyd edib ki, müştərilərin narahatlığı barədə məlumatlıdır. Növbəti bir neçə ay ərzində bununla bağlı dəyişikliklər olacaq. 

“Bəzi riteyl banklardan fərqli olaraq fərdi müştərilər üzrə bizdə komissiyalar yüksəkdir. Dəyişiklər olacaq. İstəyimiz budur ki, korporativ müştərilərlə yanaşı, fərdi müştərilərin də məmnuniyyətini qazanaq”- bank sədri əlavə edib.