Fransa mətbuatında yer alan xəbərə görə, azı 16 nəfər yaralanıb, bir bina dağılıb.

Paris meri Ann Hidalqo da hadisə yerinə gedib.

İqtisadiyyat.az xəbər verir ki, Paris Prokurorluğu partlayışın səbəbinin hələ dəqiq bilinmədiyini bildirib.

Hadisə yerinə 230 yanğınsöndürən cəlb edilib.

21:00

Fransanın paytaxtı Parisdə qaz partlayışı nəticəsində bina qismən dağılıb.

İqtisadiyyat.az xəbər verir ki, Fransanın daxili işlər naziri Gerald Darmanin verdiyi açıqlamada, Jardin Du Luxembourg və Sorbonna Universitetinin yaxınlığındakı Rue Saint-Jacques küçəsində yanğının baş verdiyini bildirib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib. Polis əhaliyə ərazidən uzaq durmaq barədə xəbərdarlıq edib. Val-de-Qreys hərbi xəstəxanası partlayışın baş verdiyi ərazidə yerləşdiyi halda, partlayış nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.