2024-cü ildə Fransanın paytaxtı Parisin ev sahibliyi edəcəyi Olimpiya Oyunlarını izləmək istəyənlər üçün 400 min bilet satışa çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) məlumatında deyilir.

Məlumata görə, bütün idman növləri üzrə 400 min yeni bilet satışa çıxarılıb. Əvvəllər bilet satışı lotereya yolu ilə həyata keçirilib.

1900 və 1924-cü illərdən sonra üçüncü dəfə Fransada keçiriləcək Yay Olimpiya Oyunları gələn ilin iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

 

Gözəl Həşimova