Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk taxılın mühüm qida maddəsi olduğunu bəyan edərək, Rusiyanı Qara dəniz taxıl sazişinə qayıtmağa çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, ənənəvi bazar namazını Vatikan ofisinin məşhur Müqəddəs Pyotr meydanına baxan pəncərəsindən qılan Papa Fransisk buradakı çıxışında Qara dəniz taxıl müqaviləsinə toxunub.

Papa taxılın bəşəriyyəti qidalandırmaq üçün Rəbbin bir hədiyyəsi olduğunu dilə gətirib: "Əzab çəkən Ukrayna üçün dua etməyi dayandırmayaq, buradakı müharibə taxıl da daxil olmaqla hər şeyi məhv edir və bu, Rəbbə qarşı ağır cinayətdir" .

Katoliklərin ruhani lideri, aclıqdan əziyyət çəkən milyonlarla insanın bu müqavilədən asılı olduğunu bildirib: "Qardaşlarımı, Rusiya Federasiyasının səlahiyyətlilərini Qara Dəniz Taxıl Təşəbbüsünə qayıtmağa və taxılın təhlükəsiz daşınmasına çağırıram".