Pakistanda bomba partladılması nəticəsində 35 nəfər ölüb. 

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində daha 80 nəfər yaralanıb. 

Məlumata görə, Pakistanın Hayber Paxtunxva əyalətində İslam Üləma Cəmiyyətinin konqresini baş tutub. Terror aktı məhz həmin konqresi hədəf alıb.

Hələlik heç kim məsuliyyəti üzərinə götürməyib.