Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində baş verən bombalı hücumda ilkin məlumata görə, 2 nəfər həyatını itirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistan polisi məlumat yayıb. 

Polis rəsmiləri ilkin məlumatlara görə, 2 nəfərin öldüyünü, 1 nəfərin yaralandığını bildirib.

Səlahiyyətlilər məsələ ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər.

Polis rəsmisi Kaşif Abbasi bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisənin partlayıcılarla dolu motosikletlə törədildiyi təxmin edilir.