Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik postuna silahlı hücum nəticəsində 3 polis və 1 təhlükəsizlik xidməti əməkdaşı həyatını itirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Geo News" televiziyası məlumat yayıb.

Məlumata görə, silahlılar vilayətin Şərani bölgəsindəki təhlükəsizlik məntəqəsinə silahlı hücum ediblər.

Qarşıdurmada bir təxribatçı zərərsizləşdirilib.

Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Əlavə edək ki, dünən Bəlucistanın paytaxtı Kuetta şəhərində naməlum motosikletçilər tərəfindən polis məntəqəsinə əl qumbarası ilə hücum edilib, hücum nəticəsində 1 polis yaralanıb.