İyunun 25-dən bəri Pakistanda davam edən güclü musson yağışları nəticəsində həyatını itirənlərin sayı 113-ə yüksəlib.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Geo News" televiziyası məlumat yayıb. 

Məlumata görə, Hayber Paxtunxvanın Mansehra və Çitral bölgələrində yağan yağışlar həyata mənfi təsir edib.

Ştatda çoxlu evlər dağılıb, avtomobillər su altında qalıb və əkin sahələrinə ciddi ziyan dəyib.