Pakistanın paytaxtı İslamabadda güclü yağışlar səbəbilə 13 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.

İqtisadiyyat.az “Geo News” televiziyasına istinadən bildirir ki, paytaxtın Qolra Mor bölgəsində yağışlar nəticəsində tikilməkdə olan körpünün yaxınlığındakı divar uçub. Körpünün tikintisində çalışan və çadırlarında yatan fəhlələrdən 12-si uçan divarın altında həyatını itirib. Bölgənin digər tərəfində isə bir uşaq uçmuş divarın altında qalıb. Təbii fəlakət səbəbi ilə yol qəzalarının da sayı artıb və ümumilikdə 11 nəfər xəsarət alıb.

Xatırladaq ki, hər il iyundan sentyabr ayına qədər Pakistanda yağışlar ciddi fəsadlar törədir.