Pakistanda səlahiyyətlilər keçən həftə Yunanıstan sahillərində miqrant qayığı qəzasında ölən pakistanlıların şəxsiyyətini müəyyən etmək üçün onların ailələrindən DNT nümunələri götürüblər.

İqtisadiyyat.az xəbər verir ki, Azad Cammu Kəşmirin Kotli bölgəsində yaşayan Raja Zafer İqbal bildirib ki, məmurlardan ibarət bir heyət onların olduqları yerə gələrək 28 ailədən DNT nümunələri götürüb.

Hadisədə 2 qardaşı oğlunu itirdiyini dilə gətirən İkbal ailəsinin şokda olduğunu bildirib.

Qaçaqmalçıların qardaşı oğullarından adambaşına 7669 dollar (180 min 600 lirə) aldığını bildirən İqbal, qardaşı oğullarının əvvəlcə Kəraçiyə, daha sonra isə Dubaya, Misirə və Liviyaya getdiyini qeyd edib.

İqbal vurğulayıb ki, insan qaçaqmalçıları polis tərəfindən saxlanılsa da, qardaşı oğulları geri qayıtmayacaq.

Pəncab əyalətinin Qucranvala şəhərinin insan qaçaqmalçılarının mərkəzi olduğunu qeyd edən İqbal səlahiyyətlilərdən bu insanlara qarşı tədbir görülməsini istəyib.