Avropa Birliyi Polis Təşkilatı (Europol) İngiltərə, Almaniya və Polşada təhlükəsizlik bölmələrinin birgə əməliyyatı nəticəsində fırıldaqçı dəstəni ifşa edərək, 70-dən çox şəxsi saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Europol açıqlama yayıb.

Açıqlamada şəbəkənin zəng vurduqları zərərçəkənlərə özlərini polis kimi təqdim etdikləri və qəzada yaxınlarının iştirak etdiyini bildirdikləri, hadisəni ört-basdır etmək üçün onlardan nağd pul hazırlayıb evlərinin qarşısına qoymalarını istədikləri bildirilib. 

Şəbəkənin xüsusilə Almaniya və Polşada yaşlıları hədəf aldığı bildirilib.  

Europol qeyd edib ki, zərərçəkənlərə maddi itkilərlə yanaşı, mənəvi ziyan da dəyib və onların dövlət orqanlarına inamı zədələnib.