Özbəkistanda son sutkada daha 267 nəfər COVID-19-a yoluxub.

Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Özbəkistanda yoluxanların sayı 8 298 nəfərə çatıb, 5 329 pasiyent müalicə alaraq sağalıb. Son sutkada biri həkim olmaqla iki nəfər ölüb. Pandemiya qurbanlarının sayı 24-ə yüksəlib.

Özbəkistan hökuməti karantin rejimini avqustun 1-dək uzadıb. Bir müddət əvvəl ölkə prezidenti Şavkat Mirziyoyev bildirmişdi ki, koronavirusla bağlı vəziyyət çox mürəkkəb xarakter alır.report