2023-cü ildə dünyada ərzaq qiymətləri 13,7% ucuzlaşıb. Ötən ilin dekabrında isə ərzaq qiymətləri illik ifadədə 10,1% azalıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) icmalında bildirilir.

Hesabat dövründə taxılın qiymət indeksinin 15,4%, bitki yağı indeksinin 1,4%, süd məhsullarının indeksinin 16,6%, ətin indeksinin 3,5% azaldığı qeyd edilib. Dekabrda şəkərin qiymət indeksi noyabr ayı ilə müqayisədə 16,6% azalaraq son 9 ayın ən aşağı səviyyəsinə enib.

Bununla yanaşı, ötən il dünya bazarında neftin qiymət indeksi 32,7% azalaraq son üç ilin minimumuna enib.

 

Sadiq Cavadov