Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 54 mənzil alıblar. Beləliklə, azərbaycanlılar Türkiyədən ən çox mənzil alanlar siyahısında 1 pillə yüksələrək 6-cı yerdə qərarlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) aprel ayı üzrə mənzil satışı statistikasını açıqlayıb.

Bu ilin aprel ayında Türkiyədə mənzil satışları ötən ilin eyni ayı ilə müqayisədə 11,8% azalaraq 75 min 569-a çatıb.

Mənzil satışlarında 12 min 406 ev satışı ilə lider İstanbul olub.

Aprel ayında Rusiya vətəndaşları Türkiyədən 293 ev alıblar. Rusiya vətəndaşlarını müvafiq olaraq 117 evlə İran, 91 evlə Ukrayna vətəndaşları izləyib.

 

Gözəl Həşimova