1454-cü ildə tikilən Özəl Fənər Rum Liseyi və orta məktəbi 565 ildir tədrisi davam etdirir.

İqtisadiyyat.Az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, Sancaqlar Yoxuşunda yerləşən məktəb, Fransada gətirilən qırmızı kərpiclərlə tikildiyi üçün xalq arasında “Qırmızı Məktəb” adlandırılıb.

Qırmızı kərpiclərilə diqqət çəkən məktəbin havadan görünüşü adamı ovsunlayır. Havadan çəkilən görüntülərdə şəhərin hər iki tərəfindən görülən məktəbin, qırmızı rəngi və qübbəli memarlıq quruluşu gözə çarpır.

İstanbulun fəthindən sonra Bizansın rəhbər heyəti və tacirləri İtaliya və Fransaya sığındığı halda, Fateh II Mehmet İstanbullu Ortadoksları geri çağırdı. Bununla da Ortadoksların qruplar halında geri dönüşü başladı.

Bir çox Rum sakinləri bu məktəbdə tədris almağa davam etdi. Yüz illər ərzində adı “Patriarx akademiyası” “Rum məktəbi-kəbiri” adlandırılan bu məktəbə Osmanlı dövləti böyük töhfələr verdi. Osmanlı hakimiyyətində yüksək vəzifələrdə yer alan baş tərcüməçi, Rum, Əflak və Boğdan bəyləri, patriarx və digər din xadimləri bu məktəb yetişdirib.

Məktəbin bugünkü binası 19-cu əsrin ən məşhur memarı və Fənər Rum Liseyi məzunlarından olan memar Dimadis tərəfindən 1881-ci ildə qurulmuşdur.

Binada istifadə olunan materialların çoxu Marsel şəhərindən gətirilib. İtaliya və İspaniyada fəaliyyət göstərən memar Dimadisin bu tikilini 5 il ərzində bitirdiyi deyilir. Məktəb böyüklüyünə görə Fənər Rum Patriarxxanası ilə qarışdırılır.

 

Mehman Nəbiyev