Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan 66 nəfərin öldüyü İrana ekspert qrupu göndərib.

Sondakika.com-un ÜST-ün açıqlamasına əsasən yaydığı xəbərə görə, on ölkəyə koronavirusun İrandan keçdiyi müəyyən edilib.

Bunlar Əfqanıstan, Kanada, Livan, Pakistan, Küveyt, Bəhreyn, İraq, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləridir.

ÜST ekspertlər qrupu yeni növ koronavirusla mübarizədə İranı dəstəkləmək üçün paytaxt Tehrana göndərilib.

Qeyd olunur ki, ekspertlər qrupu İranın səhiyyə orqanları ilə işləyəcək.