İtaliyanın Səhiyyə Nazirliyi həddindən artıq istilərlə əlaqədar 16 şəhərə üçüncü səviyyəli xəbərdarlıq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyi açıqlama yayıb.

"Bir çox şəhərlərdə həftə sonu qırmızı səviyyədə istilər proqnoz edilib. Həssas insanlara diqqət yetirin. Yaşlılara, səhhətində problem olanlara, narkotikdən istifadə edənlərə, uşaqlara, körpələrə diqqət edək. Həmçinin, ev heyvanlarımıza qulluq edək", - açıqlamada deyilir.

Nazirlik yüksək riskli hesab edilən üçüncü səviyyəli həyəcan siqnalı olan şəhərləri də açıqlayıb: Bolonya, Florensiya, Perugia, Viterbo, Civitavecchia, Latina, Frozinone, Pescara, Campobasso, Rieti, Bari, Cagliari, Messina, Palermo, Kataniya və paytaxt Roma.

Digər tərəfdən, hava proqnozlarına görə, ölkənin mərkəzi bölgələrində temperaturun 40 dərəcəyə, cənubda yerləşən Siciliyada isə 45-47 dərəcəyə çatacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl İtaliyada 10 şəhər üçün xəbərdarlıq edilmişdi.