İqtisadiyyat.az dünya ölkələrinin fərqli və maraqlı süfrə mədəniyyətlərini təqdim edir:

Tanzaniya

Dünyanın bir çox yerində şam yeməyinə geciksəniz, qarşı tərəfdə xoş təəssürat yaratmayacaqsınız. Tanzaniyada nə vaxt yeməyə gəldiyinizin əhəmiyyəti yoxdur. 

Avstraliya

Avstraliyada yemək zamanı işgüzar məsələlərdən danışmaq xoş qarşılanmır.

Tayland

Taylandlılar üçün vacib olan masa qaydasına görə, istədiyiniz yeməyi sifariş edə bilməzsiniz. Süfrə qaydasına görə, yeməklə bağlı qərarı verən şəxs süfrədəki ən yaşlı adamdır.

Misir

Misirdə yeməklərə duz əlavə etmək aşpazlar üçün böyük təhqirdir.

Almaniya

Almaniyada kartofu bıçaqla doğramaq kobudluqdur. Çünki kartof bıçaqla kəsilirsə, demək ki, kifayət qədər bişməyib.

Çin

Çinlilər boşqabda qalan yeməkdən ev sahibinə hörmət və təşəkkür etmək üçün istifadə edirlər. 

İspaniya

İspaniyada yeməkdən sonra istifadə etdiyiniz salfeti restoranın döşəməsinə atmaq adətdir. Restoranın döşəməsində nə qədər çox salfet varsa, yemək bir o qədər dadlıdır. Günün sonunda bu zibil yığılır.

Qazaxıstan

Qazaxıstanın ən məşhur içkilərindən biri çaydır. Bir evə dəvət olunsanız, qonaqların fincanları bərabər şəkildə yarıya qədər doldurulur.

Cənubi Koreya

Cənubi Koreyada masanın ən yaşlısı yeməyə başlamazdan əvvəl yeməyə başlaya bilməzsiniz.

Hindistanda, bəzi Afrika və Yaxın Şərq ölkələrində sol əllə yemək yemək xoş qarşılanmır.

 

Gülşən Şərif

İqtisadiyyat.az