"Biz Fransa ilə dostuq, Avropa Birliyinin yaxşı işləməsini təmin etmək məsələsində biz bir cütik, bu çox əhəmiyyətlidir. Ona görə də təbii ki, yaşananları narahatlıqla izləyirik”. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniyanın Birinci Televiziya kanalına (ARD) Fransada baş verən hadisələrlə bağlı verdiyi açıqlamada Almaniya kansleri Olaf Şolts deyib.

Kansler Şolz Fransa prezidenti Emmanuel Makronun bu vəziyyətləri tez bir zamanda yaxşılaşdırmağın yollarını tapacağına ümid etdiyini və qətiyyətlə inandığını vurğulayıb.

"Gələn görüntülər narahat edici olsa da, sabitliyin yolunun tapılacağına əminəm. Buna görə də mən Fransa prezidentinin bu vaxt ölkədə olmaq qərarını anlayıram. Mən də belə edərdim və ona bu kiçik problemin öhdəsindən gəlməkdə uğurlar arzulayıram. Zorakılıq hərəkətləri qəbuledilməzdir”, - Şolts bildirib.

Almaniyada Fransadakı kimi hadisələrin olacağını gözləmədiyini bildirən Şolts narahatlığa əsas olmadığını qeyd edib.