Bank sistemi üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 88 min ədəd artaraq 10 milyon 139 min təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi bankı məlumat yayıb.

Məlumata görə,keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 14%, kredit kartları üzrə 26% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 174 min, kredit kartları 259 min, digər kartlar isə 1 mln. ədəd artmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.