2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində maarifləndirmə tədbirləri təşkil ediləcək.

İqtisadiyyat.az-ın xəbərinə görə, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, dairə seçki komissiyalarının iştirakı ilə müşavirə keçiriləcək, televiziya və radio kanalları ilə əməkdaşlıq ediləcək və seçicilərin maarifləndirilməsi işləri aparılacaq.