"Çexiyanın Ukraynaya silah-sursat vermək üçün başlatdığı təşəbbüsə Norveç də dəstək olaraq 153 milyon dollar ayıracaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Stör deyib.

O, Ukraynanın Rusiyaya müqavimət göstərmək üçün təcili olaraq böyük miqdarda sursata ehtiyacı olduğunu bildirib: "Çexiyanın Ukrayna üçün sursat almaq təşəbbüsü 1,6 milyarda başa gələcək. Bunun davamı olaraq Norveç də Ukraynaya 100 min kron (təxminən 153 milyon dollar) ayıracaq".

Sursat çatışmazlığının Ukraynanın özünümüdafiə gücünü məhdudlaşdırdığı deyən Stör bildirib ki, sursat tədarükü ilə Kiyev şiddətli hücumlara müqavimət göstərmək imkanı əldə edəcək.