Nobel mükafatı laureatları Rusiya, Ukrayna, Fələstinin Həmas qruplaşması və İsraili, eləcə də dünyada münaqişələrdə olan digər döyüşən tərəfləri atəşkəsə, məhbus mübadiləsinə və sülh danışıqlarına çağırıblar.

İqtisadiyyat.az xəbər verir ki, 51 mükafatçının imzaladığı müvafiq açıq məktubu “Novaya qazeta” dərc edib.

Məktub, həmçinin Roma Papası Fransisk, Ekumenik Patriarx Varfolomey, XIV Dalay Lama, İslam və Yəhudilik nümayəndələrinə, Birləşmiş Millətlər Təşkilatına (BMT), Avropa Şurası Parlament Assambleyasına (AŞPA) və Avropa Parlamentinə ünvanlanıb.

Sənədin müəllifləri silahlara artan xərcləri bütün planetdə 80 ilə qədər aclığa son qoyacaq xərclərlə müqayisə ediblər.