Nigeriyanın Bauçi əyalətində difteriya epidemiyası nəticəsində 26 nəfər ölüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nigeriya Milli Yardım Agentliyi (NPHCDA) məlumat yayıb.

Məlumata görə, əyalətdə difteriya epidemiyası yayılmaqda davam edir.

Ölkədə indiyədək 180 difteriyaya yoluxma halının qeydə alındığı, epidemiya səbəbindən 26 nəfərin həyatını itirdiyi bildirilib.

Epidemiyaya tutulanların əksəriyyətinin peyvənd olunmadığı qeyd edilib.

Bauçi ştatında məktəblərdə təhsil dayandırılıb.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Nigeriyada yanvar-iyul aylarında difteriyadan 122 uşağın öldüyünü açıqlayıb.

Quş iflici olaraq da bilinən difteriya "corynebacterium diphtheriae" adlı mikroorqanizmin boğaz, burun, göz və dəridə yerləşməsi nəticəsində meydana gəlir. Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.