"Nigeriya hökumət qüvvələri son bir həftə ərzində ölkə daxilində həyata keçirdiyi əməliyyatlarda 86 terrorçunu məhv edib, daha 101 terrorçunu ələ keçirib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin media ilə əlaqələr üzrə direktoru general-mayor Edvard Buba bildirib.

"Əsas səylər yaraqlıların qışladıqları bazalara hava zərbələri endirməyə yönəldilib", - deyə o, Nigeriyanın "Daily Post" qəzetinə bildirib.

"111 silah, o cümlədən pulemyot ələ keçirilib və 20-dən çox insan saxlanılıb. Terrorçular tərəfindən girov götürülənlər azad edilib", - məlumata əlavə edilib.