Nigerin cənub-qərbində törədilən terror aktı nəticəsində 5 nəfər həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, Niger ordusundan verilən yazılı açıqlamaya görə, Tillaberi bölgəsində naməlum silahlı şəxslər konvoyu müşayiət edən polis avtomobilini hədəf alıb.

Hadisə zamanı 4 mülki şəxs və 1 polis həyatını itirib, 19 nəfər yaralanıb.

Tillaberi bölgəsi "3 ölkə sərhədi" kimi tanınan Niger, Mali və Burkina Faso tərəfindən paylaşılan sərhəd xəttində yerləşir.

Bu sərhəd xətti tez-tez Əl-Qaidə və İŞİD-ə bağlı terror qrupları tərəfindən hücuma məruz qalır.

Terrorla mübarizə əməliyyatlarında 12 minə yaxın Nigeriyalı əsgər iştirak edir, onların demək olar ki, yarısı Mali və Burkina Faso ilə 1400 kilometrlik sərhəddə yerləşdirilib.