Nigerin Mali ilə sərhədində törədilən terror aktı nəticəsində 12 nəfər həlak olub.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarından alınan məlumata görə, naməlum silahlı şəxslər Tillaberi rayonunun Anzourou kəndində əkin sahəsinə basqın ediblər.

Hadisədə ərazidə olan 12 adam həyatını itirib.

Qeyd edək ki, "3 ölkə sərhədi" olaraq tanınan Niger, Mali və Burkina Faso tərəfindən paylaşılan sərhəd xəttində yerləşir.

Bu sərhəd xətti tez-tez Əl-Qaidə və İŞİD-ə bağlı terror qrupları tərəfindən hücuma məruz qalır.

Hazırda terrorla mübarizə əməliyyatlarında 12 minə yaxın nigerli əsgər iştirak edir, onların demək olar ki, yarısı Mali və Burkina Faso ilə 1400 kilometrlik sərhəddə yerləşidirilib.