"Netflix"in parolunu paylaşmaqla bağlı qərarını ləğv etməsi rekord qeydiyyat sayına səbəb olub.  

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, "Netflix" şirkəti  hesablarında əlavə istifadəçiləri olan insanlardan əlavə ödənişlər almağa başlayıb. Bu isə  yüz minlərlə yeni hesabın qeydiyyata alınmasına səbəb olub. Belə ki, gündəlik  təxminən 100 000 yeni hesabın  qeydə alınması "COVİD-19" pandemiyası dövründə qeydə alınan göstəriciləri üstələyib. 

Şirkət ABŞ və Kanadada 30 milyon istifadəçi daxil olmaqla, dünya üzrə cəmi 100 milyon ailənin "Netflix" hesabından istifadə etdiyini açıqlayıb.