İsrailin baş naziri Benyamin Netanyahu xəstəxanaya yerləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki, o, evdə özünü pis hiss edib və daha sonra huşunu itirib.

73 yaşlı siyasətçi Tel-Əvivdəki Şeba Tibb Mərkəzinin təcili yardım şöbəsinə yerləşdirilib.

Netanyahunun vəziyyətinin qənaətbəxş olduğu və tibbi müayinədən keçdiyi bildirilir.