İsrailin baş naziri Benyamin Netanyahunun iyulun 28-də Türkiyəyə planlaşdırılan səfəri səhhətində yaranan problemlərə görə təxirə salınıb.

İqtisadiyyat.az xəbər verir ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlməsi planlanan Netahyanu ilə birlikdə liderlərin aktual, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaqları bildirilmişdi.

Keçən həftə fəaliyyətini nizamlamaq üçün ürəyinə cihaz quraşdırılan Netanyahunun ürəyinə kardiostimulyatorun yerləşdirildiyi açıqlanıb.